Kanal21 TV
Ayda 4G şəbəkəsi qurulur
Wednesday, 28 Feb 2018 10:01 am
Kanal21 TV

Kanal21 TV

Vodafone və Nokia 2019-ci ildə Ay planetində 4G şəbəkəsini qurmaq üçün əməkdaşlığa başlayıb.

Xarici mediaya istinadən məlumat veririk ki, kosmik sahədə fəaliyyət göstərən PTScientists-in təşkil etdiyi missiya özəl şirkətlər tərəfindən maliyyələşdirilir.

Məlumata görə, gələn il Nokia xüsusi baza stansiyalarını SpaceX raketiylə birgə orbitə göndərəcək. Bununla da Ayda nəzərdə tutulan 4G missiyasının ilk mərhələsi başa çatacaq.

Bildirilir ki, 4G şəbəkəsi Vodafone tərəfindən təmin ediləcək. Həmçinin, şirkət Ay səthinin yüksək keyfiyyətli videolarını lentə alaraq Yerə göndərəcək.

Bu işdə Almaniyanın avtomobil istehsalçısı Audi şirkəti də yer alıb. Belə ki, Audi Ay səthində sürətlə hərəkət edə biləcək, keyfiyyətli fotoşəkil və videoları hazırlamaq üçün xüsusi avtomobil hazırlayır.

Qeyd edilir ki, bu kiçik nəqliyyat vasitəsi də baza stansiyaları ilə birlikdə Aya göndəriləcək.