No icon

ŞƏHİDLƏR ÖLMƏZ AY ANA - VİDEO

Müəlliflər: Şahin Dağlaroğlu və Elcan Məmiyev

Sözləri: 

Yadımdan çıxmayır sənin fəryadın
Axirət məni çox sıxır ay ana
Sənin ki gözündən yaş yağış tək axır
Mən daha torpağam daşam ay ana

Dedim ki ay ana gedirəm əsgər
Dedin ki ey oğul vətən borcudur
Dedim ki ay ana yolumu gözləmə
Bəlkədə bir güllə qismətim oldu

Bu vətən çoxların sıxıb bağrına
Məni də qoynuna aldı ay ana
Demə ki oğlun olubdur şəhid
Şəhidlər ölməz ölməz ay ana

Adımı tarixə qan ilə yazdım
Vətən üçün yaşayıb yandım ay ana
Oxuyub azadlıq nəğmələrini
Azadlıq himnini yazdım ay ana

Ürəyimdə vətən eşqi yaşatdım
Sabahlara işıq salıb nur saçdım
Millət üçün gələcəyə yol açdım
Vətənçün şəhid oldum məni qınama

Şəhidlik mətnlik dönməzlik yolu
Şəhidlik zirvədir ölməzlik yolu
Şəhidlik əbədi azadlıq yolu
Şəhidlər ölməz ölməz ay ana

Comment