No icon

Prezidentin sərəncamı 50 min ailəni sevindirəcək

Azərbaycan Prezidenti İlham Əliyev "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli sərəncam imzalayıb.

Sərəncamla 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov kanal21.infoya -a bildirib ki, sənədə əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılması nəzərdə tutulur


"Sərəncam ümumilikdə hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan 50 minədək ailəni (200 mindən çox ailə üzvü) əhatə edəcək və onların bayram ərəfəsi maddi təminatlarına bir dəstək olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsi təmin ediləcək".

O qeyd edib ki, aztəminatlı ailələrin yoxsulluqdan müdafiəsində mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramı Prezident İlham Əliyevin 21 oktyabr 2005-ci ildə təsdiq etdiyi və 2006-cı ildən qüvvəyə minən "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əsasən həmin vaxtdan həyata keçirilir:

"Bununla bərabər, dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə aztəminatlı ailələrin sosial müdafiəsində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunması, onların sosial yardım proqramından asılılığının aradan qaldırılması, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını yaratmaları, beləliklə, gəlir imkanlarını artırmaları, kiçik ailə biznesinə başlamaları üçün də müvafiq işlər aparılır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ildə ötən illə müqayisədə 6,4 dəfə çox olmaqla, 7,7 min ailə cəlb olunub ki, onlardan 1000-ə qədərini məhz ünvanlı dövlət sosial yardımı alan ailələr təşkil edir".Sahiltv 050975-59-63 

Comment