No icon

Ölən bacısının uşaqlarına - sahib çıxdı

Türkiyə İzmirdə Burcu Taşçı adlı qadın boşandığı həyat yoldaşı Serkan Yıldırım avtomobil yolunda iki uşağının gözü qarşısında 10 yerdən bıçaqlayaraq öldürmüşdü.

Metbuat.az xəbər verir ki, Serkan Yıldırım saxlanılaraq ömürlük həbs tələbi ilə mühakimə olunub. Serkan Yıldırım məhkəmə tərəfindən əqli sağlamlığının müəyyən edilməsi üçün tibb müəssisəsinə sövq edilib.

Burcu Taşçının bacısı Ayşe Taşçı bacısının uşaqlarını öz nüfuzuna almaq üçün məhkəməyə müraciət edib.

Ayşe Taşçı cinayətdən sonra uşaqların psixoloji vəziyyətinin pozulduğunu və iki yaşlı bacısı qızının dilinin tutulduğunu deyib.

Comment