No icon

Bakının mərkəzində avtomobil yolu çökdü - FOTO/VİDEO - YENİLƏNDİ

Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir".

Sonxeber.az xəbər verir ki, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkə hesabında yazıb. O, hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirildiyini və fəsadların aradan qaldırılması istiqamətində addımlar atıldığını qeyd edib.

"Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək".
***
Paytaxtın Nəsimi rayonunda yol təxminən 8 metr dərinliyində çöküb.

SahilTV-ın report-a istinadən məlumatına görə, hadisə gecə saat 3 radələrində C.Məmmədquluzadə küçəsinin Bakı metropolitenin tikilməkdə olan stansiyasının yaxınlığında baş verib.

Belə ki, yol çökməmişdən əvvəl həmin yoldan iki avtomobil keçib, bu vaxt çökmə hadisəsi baş verib və hər iki avtomobilə ciddi zərər dəyib.

Hadisə şahidləri yolda hər hansı bir qəzanın baş verməməsi üçün yola avtomobillərin giriş-çıxışı qadağa goyan nişanları yola düzüb. Sürücülərin verdiyi məlumata görə bununla bağlı polisə məlumat verilib. Hal hazirda polis əraziyə baxış keçirir, əraziyə aidiyyatı gurumlar dəvət olunub.

Məlum olub ki, çökən yolun dərinliyi təxminən 8 metrdi.

Hadisənin dəqiq səbəbi araşdırılır.

Qeyd edək ki, ötən gün günorta saatlarında sözü gedən yolda boru çəkilməsi üçün qazıntı işləri aparılıb.

Comment