No icon

Gəncə hadisələrinə görə 3 nəfər həbs edildi

Mətbuata bilə-bilə yalan məlumat yayan daha iki saytın vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib.

APA-nın məlumatına görə, Əliyev Akif İsmayıl oğlu - 1966-cı ildə anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib. Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –"gununsesi.info" və "teref.info" vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbay

Comment