No icon

Bakıda arvadını yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il aprel ayında Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazada baş verib. Həmin ünvanda M.Müzəffərov həyat yoldaşını Aytəkin Müzəffərovanın başına benzin tökərək yandırıb. Nəticədə qadın dünyasını dəyişib.

Məlumata görə, M.Müzəffərov hadisəni qısqanclıq zəminində törədib.

Belə ki, mərhum A.Müzəffərova hadisədən bir qədər əvvəl işləmək üçün Türkiyəyə gedib. M.Müzəffərov isə arvadının ona xəyanət etdiyini fikirləşib. Daha sonra qadın Bakıda işləməyə başlayıb.

M.Müzəffərov 1 litr benzin götürərək arvadının çalışdığı mağazaya gəlib. O, həmin yerdə benzini qadının başına tökərək yandırıb. Qadın hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan M.Müzəffrovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xüsusi amansızlıqla) maddəsi ilə ittiham irəli sürülüb.

Comment