No icon

Nazirlik ərəblərin qaldığı evdə baş verən yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunda ərəblərin kirayə qaldığı evdə baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-dən Sonxeber.az-a verilən məlumata görə, Qəbələ rayonunda ümumi sahəsi 200 kv.metr olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 168 kv.metr sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı Suriya vətəndaşı, 1995-ci il təvəllüdlü Alhamidi Arvanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yanğın zamanı müxtəlif yanıq xəsarətləri almış 6 nəfər Suriya vətəndaşı xəstəxanaya aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comment