No icon

Pedaqoji Universitetdə DƏHŞƏTLİ HADİSƏ

Yaralı dərhal tələbələrin köməyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb

Hadisə Səbail rayonunda yerləşən Pedaqoji Universitetin inzibati binasında qeydə alınıb.

Kanal21.info aznews.az-a istinadən məlumatına görə, universitetdə təhsil alan 1999-cu il təvəllüdlü İbrahimov Rəşad Akif oğlu şəxsi münasibətlərin pozulması zəminində universitet yoldaşı olan 1995-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlunu bıçaqlayıb.

Yaralı dərhal tələbələrin köməyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Cərrahiyə əməliyyatı olunan Y.Nəbizadənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən R.İbrahimov isə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq İstintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı Səbail RPİ-nin istintaq şöbəsində cinayət məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Comment