No icon

Kurtlar Vadisi Kaos nə vaxt başlayır?

Türkiyənin ən uzun serialı seriallarından olan Kurtlar Vadisi yeni sezonda Kurtlar Vadisi Kaos adı ilə başlayacağı gözlənilir. Serialın yayımlanacağı tarixi  Polat Alemdar rolu ilə tanınan Necati Şaşmaz deyib: "Serialın senarisi tamamlanıb. Fevral ayında Türkiyə kanallarının birində yayımlanmağa başlaması gözlənilir."  

Həyəcanla gözlənilən serialın hansı kanalda yayımlanacağı hələlik məlum deyil. Qeyd edək ki, Kurtlar vadisi adıyla 2003 cü ildə başlayan serial, sonradan Kurtlar vadisi pusu olaraq davam edən serial  300 seriada sezon finalına getmişdir. 

 

 

Comment