No icon

Xalq artisti Emin Ağalarov evləndi - Toydan ilk FOTOLAR +

Azərbaycanın xalq artisti Emin Ağalarov bir müddətdir bərabər olduğu sevgilisi, məşhur model Alyona Qavrilovayla evlənib.

SahilTV qaynarinfo-ya istinadən xəbər verir ki, dünya şöhrətli ulduzların iştirak etdiyi toy mərasimi iyul ayının 14-də Ağalarovların Moskvadakı malikanəsində keçirilib. Təntənəli toy mərasimində Rusiya səhnəsinin məhur simaları ilə yanaşı, müxtəlif ölkələrdən məşhur sənəta adamları, biznesmenlər iştirak ediblər.

Qonaqlar içərisində Valeri Meladze, Vadim Vernik, Serqey Kojevnikov, Denis Klyaver, Olqa Orlov, Timati və başqa ulduzlar Emin Ağalarovu təbrik edib.

Xatırladaq ki, model Alyona Qavrilov 1987-ci ildə Mordoviyanın paytaxtı Saransk şəhərində anadan olub. O ilk dəfə 17 yaşında "Miss Mordoviya-2004" gözəllik müsabiqəsində iştirak edib. Müsabiqədə birinci yeri tutan Alyona qələbəsindən sonra model kimi fəaliyyət göstərməyə başlayıb. Hazırda həm model, həm də biznes lady olan Alyona bir neçə gözəllik salonunun sahibəsidir.

Comment