No icon

İnstagramdan yeni özəllik

Keçdiyimiz günlərdə Instagram-a son görülmə xüsusiyyəti əlavə olunmuşdu. Sosial mediada müzakirə edilən son görülmə məlumatından sonra başqa detallar da ortaya çıxdı. Önümüzdəki həftələrdə Instagram-a gələcək başqa bir özəllik daha var.

Instagram hekayələrində ekran görüntüsü (Screenshot) alındığında fotoşəkil sahibinə xəbərdarlıq edilir. Lakin özəllik bununla bitmir.
Əgər istifadəçi hekayələrdən ekran görüntüsü almaq yerinə ekran videosu almaq istəsə də Instagram qarşı tərəfə bildiriş göndərəcək.

İnstagram ekran videosu çəkildiyini anlayır
Məsələn iPhone-larda ekran videosu çəkmək xüsusiyyəti var. Instagram-ın bu özəlliyi aktiv olduğunda əgər iPhone ilə ekran videosu çəkilərsə Instagram hekayənin sahibinə xəbərdarlıq mesajı göndərəcək.

Ilk dəfə bildiriş göndərilmir.
Hekayələrdən ekran görüntüsü və ya video alan insan ilk səfərdə xəbərdar edilmir  ( ilkində bildiriş getmir) lakin, daha  bir cəht etsə hekayənin sahibinə mövzuyla əlaqədar olaraq xəbərdar edilir.

Comment